Onlayn ictimai-siyasi qəzet
"Ölkəmiz bəlaya, özü də böyük bəlaya düçar edilib, bütün baş verənlər "böyük Putinin" hakimliyinin nəticəsidir..."
Rusiyanın "Paladin" özəl hərbi şirkətinin təsisçisi Georgi Zakrevski cəbhədəki uğursuzluqlar və Rusiyanın daxili problemlərinə görə günahı Vladimir Putinin üzərinə qoyub və hakimiyyəti devirməyə çağırış edib.
Bu barədə "24tv.ua" nəşri məlumat yayıb.
"Ölkəmiz bəlaya, özü də böyük bəlaya düşüb", - Zakrevski deyib. Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın mərkəzi rayonlarında olması, Qara dəniz donanmasının faktiki olaraq məhv edilməsi, nəsli kəsilən və
içkiyə düşkün olan ölkə əhalisi, habelə praktiki olaraq iki il ərzində donub qalan cəbhə xətti-bütün bunlar "böyük Putinin" hakimliyinin nəticəsidir.
"Paladin" rəhbəri bəyan edib ki, "geriyədönməz nöqtə artıq keçilib" və onunla ittifaqa çağırış edib. Zakrevski dövlət çevrilişindən sonra Rusiya hökumətinin son bir neçə ildə qəbul etdiyi bütün qərarları ləğv edəcəyini, miqrantları qovacağını, ölkə iqtisadiyyatını bərpa edəcəyini və "Ukraynanı qaytaracağını" vəd edib.
"Paladin" özəl hərbi şirkəti sayı 300-dən az olan kiçik hərbiləşdirilmiş qruplaşmadır. O, Afrika və Suriyada müharibələrdə iştirak edir. Şirkətin saytında iddia edilir ki, üç strateji obyekt onun "mühafizəsi" altındadır. Onun təsisçisi ilk dəfə deyil ki, Rusiya rəhbərliyini tənqid edir.
Ötən ilin noyabr ayında Zakrevski artıq "xüsusi hərbi əməliyyat"ın və ordunun iflasına görə Putinin məsuliyyət daşıdığını deyib. O, bəyan edib ki, Rusiya hökuməti cəbhəyə səfərbər edilənlərin rotasiyasını aparmır, çünki hərbçilərin Rusiyaya dönəcəyi təqdirdə hərbi çevriliş edəcəyindən ehtiyat edir. "Üzdəniraq "ədalət marşı" dənizdə damla kimi görünəcək", - Zakarevski əmin edib.
Xatırladaq ki, ötən ilin iyun ayında Ukrayna cəbhəsində uğursuzluqlar fonunda "Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin hərbi qiyam qaldıraraq Moskvaya "ədalət yürüşü" edib. Muzdluların yürüşü Rusiya paytaxtının 300 km-də, iddia edildiyinə görə, Belarus hakimi Alekdandr Lukşenkonun danışıqlar aparması sayəsində başa çatıb.
İki aydan sonra, avqustun 23-də, Priqojinin istifadə etdiyi təyyarə Tver vilayəti üzərində partlayıb. Sonradan Amerikanın "The Wall Street Journal" nəşri iddia edib ki, Priqojinin qətli Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən təşkil edilib./Moderator.az
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ