İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin gəlirləri ilə bağlı SENSASİON ARAŞDIRMA

“Vaqner” ÖHŞ ilə əlaqəli şirkətlərin xarici gəlirləri Rusiyanın Ukraynaya işğal hərəkatından əvvəlki 4 il ərzində 250 milyon dolları ötüb. Pul özəl hərbi şirkətin fəaliyyət göstərdiyi ölkələr tərəfindən gətirilir.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” yazır.

Qeyd edək ki, adı çəkilən hərbi şirkət Suriya, Mərkəzi Afrika Respublikası, Mali, Sudan, Mozambik, Liviya və bir sıra digər dövlətlərdə fəaliyyət göstərir. Onların bir çoxunda təbii sərvətlərin hasilatı ilə bağlı Priqojinin maraqlarına uyğun fəaliyyət göstərən şirkətlər yer alıb.

Qəzet yazır ki, onlardan ən böyüyü Suriyada neft və qaz yataqlarının işlənməsi üçün güzəştlər almış “Euro Polis” firmasıdır. Təkcə 2020-ci ildə şirkət 90 milyon dollar xalis mənfəət əldə edib.

Daha əvvəl “Proyekt” saytı Yevgeni Priqojinin ən azı 39 ölkədə biznes maraqları olduğunu, onunla əlaqəli siyasi texnoloqların isə minimum 20 Afrika dövlətində çalışdığını bildirmişdi. Priqojin və “Vaqner”ə qarşı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr tərəfindən sanksiyalar tətbiq edilib. Biznesmen ABŞ tərəfindən axtarışa verilib, “Vaqner” muzdluları çoxsaylı hərbi cinayətlər törətməkdə ittiham olunurlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR