İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin əlindən Afrikanı da alırlar


Timçenko və Deripaska Priqojinin əsas sərvəti olan Afrikanı əlindən alacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Putinin dostlarının nəzarətində olan “Redut” özəl hərbi şirkəti  Afrika və Suriyaya göndərmək üçün minlərlə muzdlu əsgər cəlb edir.

Bunu “Vaqner”ə yaxınlığı ilə bilinən mənbələr də təsdiqləyiblər: “Baş verən hər şeyin məqsədi Priqojini Deripaska ilə əvəz etməkdir”.

Gələn informasiyalara əsasən, artıq Redutun əsasını təşkil edən 45-ci hava-desant briqadasının veteranlarının 7-ci və 8-ci bölmələri Ukrayna istiqamətindən Afrikaya yönləndirilir.

Sayı 40 minə çatması düşünülən yeni hərbi birliklər Afrika və Suriyada “Vaqner”i əvəz etməlidir. Hüquq müdafiəçisi Vladimir Oseçkin həmin birliklərdən birinin Moskva yaxınlığındakı Kubinka qəsəbəsində yerləşdirildiyini yazır. Onların bazası 45-ci hava-desant briqadasının ərazisinə bitişikdir. Yəni muzdlular 45-ci briqada ilə müqavilə bağlamaqla Müdafiə Nazirliyinin saziş xidmətinə daxil olurlar.

Bu arada Priqojin də döyüşçülərini Afrikaya yönləndirmək üçün ciddi səylər göstərir. Lukaşenkonun hərbçilərinin təlimi ilə məşğul olmayanlar ya Afrikaya, ya da məzuniyyətə gedirlər. Son bir həftədə 11 avtobus evə yola salınıb. Keçmiş vaqnerçilərin “Redut”a qoşulacağı da istisna olunmur.

"Redut" ÖHŞ, "Vaqner" “ÖHŞ”-dən sonra Rusiyanın ən məşhur özəl hərbi şirkətlərindən biridir. Bu şirkətin əsgərləri Ukraynaya qarşı aparılan işğalçı savaşda ciddi fəallıq nümayiş etdiriblər.

Müharibədən əvvəl “Redut” prezidentin dostu Gennadi Timçenkonun nəzarətində olan və Suriyada yerləşən “Stroytransgaz” SC-nin obyektlərinin mühafizəsi və müdafiəsi ilə məşğul olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR