İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojini Baxmutla "vurmağa" başladılar: "Elə də vacib deyildi..."

Məlum olduğu kimi, Ukraynanın Baxmut şəhəri "Vaqner" ÖHŞ-nin muzdluları tərəfindən böyük itkilər bahasına işğal olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Yevgeni Priqojinin qiyamından sonra Rusiyanın rəsmi təbliğatında "Baxmut fatehi"nə olan münasibət əks istiqamətdə dəyişib.

İyunun 30-da Birinci Kanalda yayımlanan "İnsan və Qanun" verilişində bununla bağlı xüsusi süjet gedib. Rəsmi dövlət kanalında Priqojinin muzdluları tərəfindən Baxmutun tutulması Mariupolun işğalı ilə müqayisə edilib və "Vaqner" üzvlərinin döyüşkənliyi barədə deyilənlər "puç və əfsanə" adlandırılıb.

Proqramın müəllifləri Mariupolun "son dərəcə motivasiyalı" Azov döyüşçüləri tərəfindən ciddi şəkildə möhkəmləndirildiyini və müdafiə edildiyini xatırladıblar. Onlar şəhərin Müdafiə Nazirliyinin qoşunları, ayrı-ayrı batalyonlar və çeçen milli qvardiyaçıları tərəfindən ələ keçirildiyini diqqətə çatdırıblar. Süjetdə əsas diqqət Mariupolun 71 gündə, Baxmutun isə 224 gündə alınmasına çəkilib.

Baxmut uğrunda döyüşlər 2022-ci ilin avqustundan 2023-cü ilin mayına qədər davam edib. Priqojinin özünün dediyinə görə, ÖHŞ burada gündə yüzlərlə əsgərini itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR