İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojindən yeni sensasiya- “Bu müharibə Şoyqudan və oliqarxlardan başqa kimsəyə lazım deyildi”


Rusiyanın “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin bu gün yenə müdafiə naziri Sergey Şoyqunu tənqid edib və onu savaşın əsas səbəbkarı adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən Vaqnerin rəhbərinin dilindən səslənən əsas sitatları təqdim edir:

“Donbass pulların kəsildiyi (silindiyi) əla yer oldu”;

“Ukraynanın demilitarizasiyası və denazifikasiyasının gözəl hekayəsi əgər rejim üç gün ərzində dəyişdirilsəydi mümkün olardı. Mənim bildiyim qədər Zelenski istənilən razılaşmaya hazır idi. Sadəcə Olimpdən düşmək, gedib danışıqlar aparmaq lazım idi”;

"Müharibə Rusiya vətəndaşlarını qoynumuza qaytarmaq üçün deyil, Ukraynanı demilitarizasiya və denazifikasiya etmək üçün deyil - Şoyquya "marşal" və ikinci "qəhrəman ulduzu" alması üçün lazım idi. Savaş oliqarxlara, hazırda Rusiyaya faktiki nəzarət edən klana lazım idi”;

"Heç kim 60 Leopardı məhv etməyib. Bu, tamamilə cəfəngiyatdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR