İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojindən “Vaqner”lə bağlı SON DƏQİQƏ açıqlaması 

“Vaqner” döyüşçülərin işə qəbulunu qeyri-müəyyən müddətə dayandırıb və hələ ki, yeni işə qəbul mərkəzləri açmağı planlaşdırmır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə hərbi şirkətin təsisçisi Yevgeni Priqojin bildirib.

Onun səsli mesajı “Vaqner”ə yaxınlığı ilə bilinən “Grey Zone” teleqram kanalında yayılıb.

“İşə qəbul mərkəzlərinin açılış vaxtı hələ müəyyən edilməyib. Sirr və pərdəarxası söhbətlərin qarşısını almaq üçün sizə bildirirəm ki, “Vaqner” qrupu Afrikada, eləcə də Belarusdakı təlim mərkəzlərində fəaliyyətini davam etdirir. Kadr çatışmazlığı yaşamadıqca, yeni işə qəbul etməyi planlaşdırmırıq” - deyə Priqojin bildirib.

“Bu gün “Vaqner”in “konturu getdikcə daha aydın şəkildə çəkilən” vəzifələrlə müəyyən edilir. Əlbəttə, bunlar Rusiyanın böyüklüyü naminə yerinə yetiriləcək vəzifələrdir", - deyə iş adamı əlavə edib.

Xatırladaq ki, “Vaqner” muzdlularının bir hissəsi Rusiyada “qiyam” cəhdindən sonra Belarusa köçüb. Şirkətin əsgərləri Osipoviç şəhərindən 20 km məsafədə, Tsel kəndindəki düşərgədə yerləşir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR