İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandadır- İlk iş günü - FOTO

Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli artıq iş başındadır.

Bu barədə Musavat.com-a Naxçıvandakı mənbələr məlumat verib.

Həmçinin Prezident Adminstrasiyasının rəhbər şəxsləri də Naxçıvandadır. Hazırda Naxçıvan Ali Məclisində geniş tərkibdə iclas keçirilir.

Xatırladaq ki, Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində,  "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür. 

380dde91-884c-47e0-8497-4a4f13c7a0d4.jpg (474 KB)

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR