İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin səfir təyin etdiyi Tural Rzayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Musavat.com Tural Rzayevin dosyesini sizə təqdim edir:

Tural Anar oğlu Rzayev 1963-cü ildə anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub. Universitetin Şərqşünaslıq fakültəsinin məzunudur. Tural Rzayev ərəbşünas və diplomatdır.

Diplomatiyaya gəlməzdən əvvəl o, jurnalistika sahəsində çalışıb, AzərTAC-ın müxbiri işləyib. O, eyni zamanda atası kimi yazıçı və tərcüməçidir. 2009-da Tural Anaroğlu imza ilə “Tənha mələk” adlı kitabı çıxıb.

Tural Rzayev sonralar fəaliyyətini diplomatiya sahəsində davam etdirib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.

2010-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Bu gün peşəkar diplomat olan Tural Rzayev rus, ərəb, türk və ingillis dillərini bilir.

Yazıçı-diplomat Tural Anaroğlunun “Tənha mələk” kitabında “Bir günlük müharibə və ya otuz beş silahlı əsgər” adlı hekayəsi yəni tanınmış, vəzifəli şəxslərin balalarının əsgərlikdə özlərini necə aparmaları, onların danışıq tərzləri, baş verən hadisələr sətiraltı mənalarla təsvir olunub. Onları “Tapşovannılar” adlandıran Tural yazıçıya məxsus yumorla vəzifəli şəxslərin balalarının bostanına daş atıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR