İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezidentin Qazaxstana səfəri Türk Dövlətləri Təşkilatının...” - Azay Quliyev

Deputat Azay Quliyev aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana etdiyi səfərlə bağlı bəzi məqamlardan bəhs edib. Musavat.com xəbər verir ki, deputat hər şeydən öncə, bu səfərin Azərbaycanla Qazaxıstan arasındakı dostluq və qardaşlıq əlaqalərinin dərinləşməsi və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımdan çox uğurlu olduğunu vurğulayıb.

“Səfərin digər uğurlu nəticələrindən biri də ilk dəfə olaraq Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın təsis edilməsidir. Məlumdur ki, hazırda dünyada yaşanan təhlükəsizlik böhranı fonunda hər iki qardaş ölkənin regional və beynəlxalq problemlər barəsində daha sıx məsləhətləşmələr aparmaq və ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsini təmin etmək üçün belə bir təsisata ehtiyac vardı”-A.Quliyev bildirib. Bundan başqa, deputat qeyd edib ki, Astanada Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan Orta Dəhlizlə bağlı da vacib qərarlar qəbul edildi: “Belə ki, Şərq-Qərb istiqamətində vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və Orta Dəhliz vasitəsilə bütün infrastrukturların birləşdirilməsi haqqında razılıq əldə olundu. Bu da öz növbəsində Zəngəzur dəhlizinin aktuallığını və cəlbedicliyini bir daha artırmış oldu. Liderlərin mətbuata verdikləri açıqlamada məmnuniyyətlə qeyd olundu ki, artıq bu ildən etibarən Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə Avropa bazarlarına göndərilməyə başlanılıb və enerji sahəsində çox böyük perspektivə malik bu əməkdaşlıq daha da genişləndiriləcək. Qazaxıstanın paytaxtı Astananın mərkəzi küçələrinin birinə Ulu Öndər Heydər Əliyevin adının verilməsi həm qazax xalqının və dövlətinin Heydər Əliyevin əziz xatirəsinə, onun 100 illik yubileyinə göstərdiyi diqqət və ehtiramın nümunəsi, həm də, cənab Prezidentin qeyd etdiyi kimi, bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi çox qiymətlidir”.

A.Quliyev bildirib ki, Qazaxıstan Prezidentinin Azərbaycan xalqına yönəlik sərgilədiyi dost və qardaşlıq hissinin daha bir nümunəsi işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi haqqında verdiyi qərardır:

“Bildiyiniz kimi, mərkəzin tikintisinə artıq başlanılıb. Özbəkistanın Füzulidə tikdirdiyi məktəbdən sonra Qazaxıstanın bu cür addım atmasının Azərbaycanın “Qarabağ Zəfəri” üçün çox böyük siyasi və mənəvi əhəmiyyəti var. Heç şübhəsiz ki, cənab Prezidentin Qazasxtana səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə və nəhayətdə, Türk Dövlətləri Təşkilatının daha ciddi geosiyasi faktora çevrilməsinə xidmət edəcək”.

Musavat.com    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR