İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev Azər Rasim oğlu Abbasovun Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, o, 1985-ci ildə Bakı şəhərində anadan olub, 2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsi üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsində bitirib.

A.Abbasov əmək fəaliyyətinə 2006-cı ildə "Azərbaycan Hüquqçular Assosiasiyası" İctimai Birliyində hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Ailəlidir, 1 övladı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR