Onlayn ictimai-siyasi qəzet
Fevralın 7-də keçiriləcək prezident seçkilərinin şəffaflığının təmin edilməsində qeyri-hökumət təşkilatları yaxından iştirak edir, onların seçki müşahidəçisi kimi müraciətlərində yüksək fəallıq qeydə alınıb. Secki-2024.az saytı xəbər verir ki, artıq ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə Prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.
Müqayisə üçün bildirək ki, seçki günü respublikanın bütün ərazisində müşahidə aparacaq QHT-lərin sayı bu dəfə 2018-ci ildə keçirilmiş Prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da rekord göstərici qeydə alınıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 QHT-ni əhatə edir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ