Onlayn ictimai-siyasi qəzet
Ukrayna yaxın günlərdə Fransadan əlavə “Mirage 2000” tipli qırıcı təyyarələr əldə edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yayımladığı videomüraciətdə məlumat verib.
Zelenskinin sözlərinə görə, müvafiq qərar artıq qəbul olunub və Fransa tərəfi bu istiqamətdə əməli hazırlıqlara başlayıb.
“Ukraynaya əlavə ‘Mirage’ qırıcıları və hava hücumundan müdafiə raketləri tədarük etmək qərarı var. Böyük Britaniya isə bizə hava hücumundan müdafiə, həmçinin raketlər və pilotsuz uçuş aparatlarını ələ keçirən sistemlərin istehsalı ilə bağlı dəstək verməyə davam edəcək”, – deyə Zelenski bildirib.
Prezident həmçinin ölkəsinə göstərdiyi yardıma görə Britaniya və Fransaya təşəkkür edib və qeyd edib ki, bu dəstək Ukraynanın hava məkanının qorunmasında mühüm rol oynayacaq.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ