Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna ardıcıl hücumları məqsədyönlü xarakter daşıyır.
Musavat.com xəbər verir ki, The Economist nəşrinin analizinə görə, Moskvanın əsas məqsədi Ukraynanın bəzi hissələrini yaşayış üçün yararsız vəziyyətə salmaq, ölkədə panika və kütləvi miqrasiyanı təşviq etməkdir.
Nəşr yazır ki, Vladimir Putin hazırda əvvəlkindən daha soyuqqanlı və amansız davranır, çünki müharibədə istədiyi nəticəyə nail ola bilmir.
“Kreml indi daha çox dinc əhalinin üzərinə psixoloji təzyiq göstərməyə çalışır. Enerji sisteminə hücumlar bu strategiyanın əsas hissəsidir,” – deyə məqalədə qeyd olunur.
Jurnal vurğulayır ki, Ukraynanın hava hücumundan müdafiə imkanları, o cümlədən dron-ələkeçirici sistemlər inkişaf etsə də, Rusiya da eyni zamanda zərbə vasitələrini modernləşdirir.
Məsələn, hazırda istifadə olunan “Şahed” dronlarının yeni versiyaları 2022-ci ildəki modellərlə müqayisədə daha güclü və dəqiq sayılır.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ