Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, gecə saatlarında Moskva üzərinə növbəti pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.
Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib ki, paytaxta doğru uçan Ukrayna Silahlı Qüvvələrinə məxsus 25 dron hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Onun sözlərinə görə, hücumlar nəticəsində “Jukovski” və “Domodedovo” hava limanlarında təhlükəsizlik məqsədilə uçuş və enişlər müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hadisə zamanı Ramenki rayonu və Kolomna ərazisində partlayış səsləri eşidilib. Yerli sakinlər bir sıra binalarda şüşələrin sınıb, avtomobillərin zədələndiyini bildiriblər. Fövqəladə hallar xidməti əməkdaşları hadisə yerlərində axtarış və qiymətləndirmə işlərini davam etdirir.
Rusiya Aviasiya Agentliyinin açıqlamasına əsasən, “Jukovski” aeroportunda bəzi reyslər ehtiyat hava limanlarına yönləndirilib. Hazırda zərərçəkənlərin olub-olmaması dəqiqləşdirilir, araşdırma aparılır.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ