Onlayn ictimai-siyasi qəzet
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ