İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərib

Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı məktəblilərə Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev ulu öndər barədə Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində danışıb.

Dövlət başçısı deyib ki, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə gənc nəslə örnək daha çox təsir göstərir:

“Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun “dörd” yoxdur, bütün qiymətlər “beşdir”. Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə “beş” ən yüksək qiymət idi”.

"Təhsil gələcəyə yoldur. Bilik, təhsil o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır", Prezident əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR