İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident bu quruma 1 milyon ayırdı - SƏRƏNCAM

Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait ayrılıb.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR