İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidenin həyatına sui-qəsd təşkil edən senatoru məhkum edəcəklər

Keçmiş Haiti senatoru Con Coel Cozef Florida ştatının Mayami şəhərindəki federal məhkəmədə 2021-ci ilin iyulunda Haiti prezidenti Jovenel Moisin həyatına sui-qəsd üzrə üç cinayətdə təqsirli bilinib.

Musavat.com xəbər verir ki, bu barədə “Miami Herald” məlumat yayıb.

Onun məlumatına görə, keçən il Yamaykadan Mayamiyə ekstradisiya edilən təqsirləndirilən şəxs günahını etiraf edərək ölkəsinin prezidentinə sui-qəsd təşkil etdiyini və ondan bir gün əvvəl Port-o-Prensin kənarındakı evində sui-qəsdçilərlə görüşdüyünü deyib.

O, həmçinin sui-qəsdçilərə avtomobil və odlu silah əldə etməyə kömək etdiyini də etiraf edib. Nəşr qeyd edir ki, haitili keçmiş siyasətçi Moisin yerinə keçəcək şəxsin fərmanı ilə baş nazir postunu tutacağını güman edirmiş.

“Röyter” xəbər verir ki, hökm bu il dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Mois 2021-ci il iyulun 7-nə keçən gecə iqamətgahına hücum zamanı öldürülüb. Polisin məlumatına görə, o, ölümündən əvvəl işgəncələrə məruz qalıb. Prezidentin həyat yoldaşı sağ qala bilib və Mayamidə xəstəxanaya yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR