İnsanlara hürriyət, millətlərə istiqlal!

Premyer Liqa futbolçusu ağır qəzaya düşdü

West Ham United klubunun hücumçusu Maykl Antonio avtomobil qəzasından sonra "sabit vəziyyətdədir". Klub bu xəbəri təsdiq edib.

Hammers-in bəyanatında "düşüncələrimiz və dualarımız" Antonio, onun dostları və ailəsi ilə olduğu qeyd edilib. Daha sonra Antonio-nun "şüurlu və ünsiyyət qura bildiyi" bildirilib.

Şərqi London klubu şənbə günü heç bir oyuna çıxmayacaq və bazar ertəsi axşam Wolves ilə qarşılaşacaq.

Hammers Antonio-nun məxfiliyinə hörmətlə yanaşılmasını xahiş edib: "Klub bu axşam əlavə açıqlama verməyəcək, lakin yaxın zamanda yenilənmiş məlumat yayacaq."

34 yaşlı futbolçu Londonda doğulub və Yamayka milli komandasında 20-dən çox oyun keçirərək 5 qol vurub. Antonio son mövsümlərdə West Ham üçün əsas oyunçulardan biri olub.\\Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR