İnsanlara hürriyət, millətlərə istiqlal!

Prays Rusiya-Ermənistan münasibətlərini şərh etməkdən yayındı

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə Ermənistan-Rusiya münasibətlərini şərh etməkdən yayınıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ rəsmisinə bununla bağlı belə bir sual ünvanlanıb: “Ermənistan Rusiyanın rəhbərlik etdiyi hərbi təlimləri qəbul etməkdən imtina edib. Bundan əvvəl biz Ermənistan rəsmilərinin də “Rusiyanın onları Belarus-Rusiya koalisiyasına cəlb etməyə çalışdığını” söylədiklərini eşitdik. Sizcə, Rusiya Cənubi Qafqazda bunu etməyə çalışırmı?”

“Məncə, bu sual Ermənistan hökumətinə verilməlidir. Onlar bu məsələ ilə bağlı öz mövqelərini bildirsinlər”, - deyə Ned Prays cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR