Onlayn ictimai-siyasi qəzet
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya millisinin qapıçısı Diequ Koşta görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
24 yaşlı dəri əlcək sahibi oyunsonrası penaltilər seriyasında 3 dəfə rəqib futbolçuların fərqlənməsinə mane olaraq komandasını 1/4 finala daşıyıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ