İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko Putinə “Donbası götür" deyib? - Peskov şərh vermədi

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalı siyasətçi Viktor Medvedçukun jurnalistlərə müsahibəsində Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun əvvəlki illərdə guya Rusiya lideri Vladimir Putinə "Donbası götürməsi" barədə təklif verməsini şərh etməyib. 

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü bu gün Belarusun STV telekanalına müsahibəsində Medvedçukun bəyanatlarını şərh edərkən deyib: "Xeyr, şərhsiz buraxıram".

“Kiyev rejiminin səkkiz il ərzində Donbas respublikalarına münasibətdə necə davranması, yəqin ki, onu göstərir ki, heç bir rejim lazımi ərazilərə münasibətdə bu cür hərəkət etməzdi, heç bir rejim genosid hesab edilə biləcək işlərlə məşğul olmazdı, heç bir rejim öz ərazilərini və əhalisini ağır artilleriyadan atəşə tutmaz, qadınları, uşaqları, qocaları öldürməz”, - Peskov qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR