İnsanlara hürriyət, millətlərə istiqlal!

Pompeo bu dəfə İraqı AYAĞA QALDIRDI

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun xatirələri böyük maraq doğurur.

Musavat.com xəbər verir ki, kitabda 2017-ci ildə İraqa etdiyi səfərdən və o zamankı baş nazir Heydər Abadi ilə görüşündən yazan Pompeo qeyd edib ki, İraqın İrandan elektrik enerjisi almaması müqabilində ABŞ İraqa maliyyə dəstəyi təklif edib. 

ABŞ-ın keçmiş dövlət katibi iddia edib ki, Abadi onun təklifinə belə cavab verib: "Siz buradan gedəndən sonra Qasım Süleymani məni görməyə gələcək. O mənim canımı ala bilər".

İraq rəsmiləri Mayk Pompeonun 2017-ci ildə İraqa səfəri və o zamankı baş nazir Heydər Abadi ilə görüşü ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

İraq Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Pompeonun 2017-ci ildə İraqa səfər etdiyi və o zamankı baş nazir Heydər Abadi ilə görüşdüyünə dair məlumatların əsassız olduğu vurğulanıb. Açıqlamada Pompeonun İraqa 2017-ci ildə deyil, 2019-cu ilin əvvəlində səfər etdiyi qeyd edilib.

Digər tərəfdən, İraqın keçmiş baş naziri Hayder Abadinin rəhbərlik etdiyi “Qələbə Koalisiyası” Pompeonun kitabındakı iddiaları təkzib edərək, bunun ABŞ daxilindəki siyasi qarşıdurmanın bir parçası olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR