İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşadan Rusiyaya qarşı SƏRT ADDIM

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın ən prestijli ali məktəblərindən sayılan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ - MQİMO olaraq daha çox tanınır - red.) məzunlarını qurumdan qovub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau “Polska Codziennie” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təxminən iki ay əvvəl həmin universiteti bitirən bütün işçilər işdən çıxarılıb. O, MQİMO-nu “rus imperializminin fəaliyyətinə sərmayə” olaraq dəyərləndirib. Zbiqnev Rau sözügedən universitet məzunlarının işdən çıxarılmasını Polşada aparılan dekommunizasiya prosesi ilə bağlayıb. Proses 1998 və 2006-cı illərdə lüstrasiya qanunlarının qəbul olunmasından sonra (keçmiş hökumət nümayəndələrinə qanunvericilik məhdudiyyətləri - red.) başlayıb.

2018-ci ildə Polşa Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Yaçek Çaputoviç də MDBMİ-nin bütün məzunlarını işdən çıxarmışdı. O, qərarını rusiyalı məzunların sovet keçmişi ilə bağlı olmasıyla əsaslandırmışdı. MDBMİ Rusiyada ölkənin Xarici İşlər Nazirliyi üçün işçilər hazırlayan dövlət universitetidir. Onun ən məşhur məzunlarından biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR