Onlayn ictimai-siyasi qəzet
Polşa Ukraynaya öz hərbçilərini göndərmək variantını nəzərdən keçirmir.
Musavat.com xəbər verir ki, Politico nəşri bu barədə adının açıqlanmasını istəməyən polşalı rəsmiyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Varşava bununla ölkənin müdafiə qabiliyyətinin zəifləməsindən ehtiyat edir. “Polşa hazırda Avropa İttifaqının ən böyük silahlı qüvvələrinə sahibdir. Biz Ukraynaya qoşun göndərməyəcəyik, lakin şərqə yönələcək istənilən missiyaya logistika dəstəyi verməyə hazırıq”, – deyə rəsmi bildirib.
Qeyd olunub ki, Polşa Rusiya və Belarusla qonşuluq şəraitində “strateji dilemmanın” içindədir. Moskva dəfələrlə digər ölkələr üçün təhlükə yaratmadığını bəyan etsə də, öz maraqlarına zidd addımlara reaksiya vermək hüququnu saxladığını vurğulayıb.
Rəsminin sözlərinə görə, bu şəraitdə Polşa öz hərbi qüvvələrini zəiflədəcək addımlara gedə bilməz.
Musavat.com
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ