Onlayn ictimai-siyasi qəzet
Polşa Seymi (parlamentin aşağı palatası) ölkədə kütləvi sığınacaqların tikintisini nəzərdə tutan “Mülki müdafiə haqqında” qanun layihəsini yekdilliklə qəbul edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Tomaş Siemonyak məlumat verib.
Onun sözlərinə görə, əhalinin müdafiəsi və “Mülki müdafiə haqqında” qanun Seym tərəfindən yekdilliklə qəbul edilib.
Seymin saytında verilən məlumata görə, layihənin lehinə 448 parlamentari səs verib, 12 deputat bitərəf qalıb. Daha sonra təşəbbüs baxılmaq üçün Senata gedəcək, həmçinin prezident Anjey Duda tərəfindən imzalanacaq.
İlin əvvəlində Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə “Mülki müdafiə haqqında” qanunun hazırlanması işinə başlayıb.
Yeni qanun layihəsi mülki müdafiəyə ÜDM-in 0,3%-i (2025-ci ildə 2,5 milyard ABŞ dolları) məbləğində illik maliyyə vəsaitinin ayrılmasını, ölkə ərazisində kütləvi sığınacaqların tikintisini, hərbi əməliyyatlar zamanı evakuasiya planlarını, təhlükəsiz rabitə sistemi və xəbərdarlığın yaradılmasını nəzərdə tutur.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ