İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa prezidentinin təyyarəsi Varşavada qəza enişi etdi! İkinci Smolensk vaqeəsi?

ABŞ prezideti Co Baydenlə görüşmək üçün yola çıxan Polşa prezidenti Ancey Dudanın təyyarəsi paytaxt Varşavada qəza enişi etməyə məcbur olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə prezident dəftərxanasının beynəlxalq münasibətlər üzrə məsul nümayəndəsi Yakub Kumox məlumat yayıb.

Gələn informasiyalara əsasən, görüş Polşanın cənub şərqində yerləşən Jeşuf şəhərində baş tutmalıymış.

Yakub Kumox Jeşufa ehtiyat təyyarə ilə uçacaqlarını söyləyib.

Qeyd etmək lazımdır ki, 2010-cu ilin aprel ayının 10-da Polşanın keçmiş prezidenti Lex Kaçinski, ölkənin demək olar ki, bütün hərbi rəhbərliyi və bir çox siyasətçinin (88 sərnişin və 8 ekipaj üzvü) olduğu təyyarə Rusiyanın Smolensk şəhəri yaxınlarında qəzaya uğramış və oradan kimsə sağ çıxamımışdı. Bu qəzanın təsadüf olmadığını iddia edənlər az deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR