İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa prezidentindən Rusiyaya qarşı sərt AÇIQLAMA  

Polşa Prezidenti Anjey Duda Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında çıxışı zamanı Rusiyanı sözünə etibar edilməyən dövlət adlandırıb.

Musavat.com-un məlumatına görə Polşa lideri vurğulayıb ki, ehtimal edilən sülh müqaviləsi Ukraynanın razılığı ilə imzalanmalıdır.

O, Rusiyanı Ukrayna torpaqlarını işğalına görə tənqid edib:

“Təəssüf ki, ATƏT üzvü olmasına baxmayaraq, Rusiya bütün qaydaları tapdalayır. Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Prezident çıxışında onu da qeyd edib ki, Ukraynadakı mülki şəxslər məqsədli şəkildə öldürülür və buna göz yummayacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR