Onlayn ictimai-siyasi qəzet
Polşa mətbuatı “LKS Lodz”klubunun azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun ölkə çempionatının 21-ci turunun “Vidzev”ə qarşı keçirilmiş oyundakı (0:2) çıxışını qiymətləndirib.
“Qafqazinfo” Polşa mətbuatına istinadən xəbər verir ki, polşalı həmkarlarımız milli komandamızın üzvünün buraxılan ilk qolda günahkar olduğunu yazıblar:
“Rahil ilk hissədə bu ümidsiz matçın ən parlaq oyunçularından biri idi. O, çox ağıllı oynadı. Lakin ikinci hissədə Məmmədov daha qısa olan Jordi Sançesə onun üzərindən tullanaraq qol vurmasına icazə verdi. İlk buraxılan qolun əsas günahkarı Məmmədovdur”.
Qeyd edək ki, “LKS Lodz” 10 xalla 18 komanda arasında sonuncu pillədədir.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ