Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Karol Navrotski vətəndaşlıq üçün rezidentlik tələbinin üç ildən on ilədək artırılmasını təklif edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub.
Navrotski qeyd edib ki, hazırkı üç illik müddət Aİ-də ən qısa müddətdən biridir. O, əcnəbilərin polyak dilini B1 səviyyəsində öyrənmək, mədəniyyətə bələd olmaq və ölkənin sosial və hüquqi şərtlərinə tam uyğunlaşmaq üçün bu müddətin yetərli olmadığını müdafiə edib.
Qanun layihəsinə verilən izahat qeydində bildirilir ki, təşəbbüs əcnəbilərin Polşa vətəndaşlığı üçün müraciət etməzdən əvvəl onların daha dərin inteqrasiyasına şərait yaratmaq məqsədi daşıyır.
Qeyd olunur ki, yeni qaydaların təsirinə məruz qalanlar arasında ukraynalı qaçqınlar da var: onların bir çoxu Polşada 3 ildən artıq yaşayıb və indiki sistemə əsasən, artıq vətəndaşlıq hüququ əldə edəcəkdilər.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ