İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa DİN: “Belarusdakı “Vaqner”çilər sərhəddə təxribat törədə bilərlər”

“Belarusdakı “Vaqner”çilər Polşa ilə sərhəddə təxribat törədə bilərlər”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib.

Onun sözlərinə görə, “Vaqner” Xüsusi Hərbi Şirkətin üzvləri konkret tapşırıqları yerinə yetirmək üçün iki ölkə sərhədinə gələ bilərlər: “Polşa ölkə sərhədində sabitliyin pozulmasına imkan verməyəcək. Ona görə də artıq qabaqlayıcı tədbirlər görülür”.

Nazirin sözlərinə görə, Belarusdakı “Vaqner”çilər Polşa ilə yanaşı, Ukrayna və Litva üçün də təhdid yarada bilərlər: “Əlbəttə, onlar Belarusa istirahət üçün getməyiblər”.

M.Kaminski onu da deyib ki, Polşa xüsusi xidmət orqanlarında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Belarusda olmasına dair hansısa məlumat yoxdur.

Qeyd edək ki, Belarus Prezident Aleksandr Lukaşanko dünən Y.Priqojinin Belarusda olmadığını söyləmişdi.

Kreml sözçüsü Dmitri Peskov isə Rusiya rəhbərliyinin “Vaqner” rəhbərinin hərəkətləri ilə maraqlanmadığını bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR