İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik Makqreqor: "Polşa Ukraynanın qərbini işğal etmək niyyətindədir"

 

Qərbi Ukrayna ərazilərinin Polşa tərəfindən işğalı Rusiya qoşunlarının genişmiqyaslı əks-hücumuna səbəb ola bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

Onun sözlərinə görə, polyaklar və litvalılar Qərbi Ukraynanı birgə işğal etməyi müzakirə edirlər.

"Onların arqumentləri belədir: biz Qərbi Ukraynaya daxil olacağıq, bufer zona yaradacağıq və ruslardan qorxmuruq”, - mütəxəssis jurnalist Stiven Qardnerə müsahibəsində deyib.

Ekspert əlavə edib ki, əgər Polşa və ya başqa bir Baltikyanı ölkə Qərbi Ukraynanın ərazilərini işğal etmək istəsə, bu, Kiyev rejimini xilas etməyəcək. Belə olan halda rus qoşunları böyük əks-hücuma keçəcək və Polşanın münaqişəyə müdaxiləsi NATO-nun Rusiyaya hücumu kimi qiymətləndiriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR