Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Ordu şəhərində baş verən yol qəzasında 20 yaşlı gənc həlak olub.
Musavat.com xəbər verir ki, baş verən hadisədə Eda Toru adlı gənc qıza təhlükəli şəkildə motosiklet sürdüyü üçün polis tərəfindən saxlanılaraq xəbərdarlıq edilib.
Eda Toru bu xəbərdarlıqdan 3 dəqiqə sonra qəzada dünyasını dəyişib.
Qəza ötən gün saat 08:00 radələrində Atatürk Bulvarında baş verib. Samsun istiqamətində hərəkət edən Eda Toru idarəetməni itirdikdən sonra motosiklet səkiyə çırpılıb. Qəza zamanı Eda Toru səkidəki reklam lövhələrinin dirəklərinə çırpılıb. Ətrafdakıların xəbəri üzərinə qəza yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Həkimlərin nəzarəti zamanı Eda Torunun öldüyü müəyyən edilib. Torunun cəsədi prokurorluğun müayinəsindən sonra Ordu Dövlət Xəstəxanasının morquna aparılıb.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ