Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə baş verən etiraz aksiyaları qarşıdurmalarla müşayiət olunur.
Pensiya islahatlarına və bahalaşmaya etiraz edən yaşlı vətəndaşlar, futbol klublarının azarkeşləri də daxil olmaqla, minlərlə insan küçələrə axışıb.
“RİA Novosti” agentliyinin məlumatına görə, aksiyaya qoşulan təxminən 2 min nəfər polis qüvvələri ilə toqquşub. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş atıb, bir avtomobili yandırıb, polis isə su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edib.
Etirazların əsas səbəbi pensiyaların aşağı olması və həyat şəraitinin getdikcə ağırlaşmasıdır. Aksiya iştirakçıları sosial şəbəkələr vasitəsilə bir araya gələrək hökumətdən sosial rifahın yaxşılaşdırılmasını tələb ediblər.
Hazırda şəhərin mərkəzi meydanı və ətraf küçələrdə qarşıdurmalar davam edir. Polis qüvvələri kütlənin dağıdılması üçün genişmiqyaslı əməliyyatlara başlayıb.
Ekspertlər hesab edirlər ki, böhran içində olan Argentina hökuməti bu etirazlara qarşı daha sərt tədbirlər görə bilər.
Musavat.com
13 Mart 2025
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ