Onlayn ictimai-siyasi qəzet
        Rusiya “Qazprom” şirkətinin Avropaya qaz ixracı tarixi minimuma enib.
Musavat.com xəbər verir ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Avropaya cəmi 14,7 milyard kubmetr qaz ötürülüb. Bu, ötən illə müqayisədə 45 faiz azdır. O dövrdə hələ Ukrayna üzərindən qaz nəqli həyata keçirilirdi, indi isə yalnız “Türk axını” işlək vəziyyətdədir.
Proqnozlara görə, əgər bu dinamika dəyişməsə, ilin sonuna qədər ixracın ümumi həcmi təxminən 18 milyard kubmetr olacaq. Bu isə 1970-ci illərin əvvəllərindən – SSRİ-nin Avropaya qaz satışına yeni başladığı dövrlərdən bəri ən aşağı göstəricidir.
Müqayisə üçün: 2010-cu illərin sonunda “Qazprom” Avropaya ildə 180 milyard kubmetrədək qaz nəql edirdi. Yəni göstəricilər təxminən 10 dəfə azalıb.
Bu eniş “Qazprom”u ağır maliyyə itkiləri ilə üz-üzə qoyub. Şirkət ilin ilk doqquz ayında 170 milyard rubl zərər edib, ötən il isə ümumi itki bir trilyon rubldan çox olub. Beləliklə, “Qazprom” orta hesabla hər saatda 122 milyon rubl itirir.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ