İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisdən İsmayıllıda əməliyyat: Qadın tutuldu, görün nə edib - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb.

O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib. Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR