İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis zabitinin ŞOK CİNAYƏTLƏRİ - Qadınları zorlayıb, övladlarının üzünə həsrət qoyub və...

London Metropolitan Polis Xidmətinin yüksək rütbəli polis zabiti qadınlara qarşı ən azı 49 cinsi təcavüz cinayəti törətdiyini etiraf edib.

Musavat.com xəbər verir ki, qurbanlarını qorxutmaq üçün vəzifəsindən sui-istifadə etdiyini etiraf edən Devid Kerrik adlı məmurun 24 zorlama cinayəti törətdiyi və iki dəfə zorlamaya cəhd etdiyi açıqlanıb.

Kral Prokurorluğu (CPS) tərəfindən verilən açıqlamada Kerrikin etiraf etdiyi 49 cinayətdən bəzilərinin birdən çox cinayəti ehtiva etdiyi və ümumi cinayət sayının ən az 71 olduğu bildirilib.

Kerrik məhkəmədə bildirib ki, 2003-cü ildə 40 yaşlı qadını dörd dəfə zorlayıb, başqa bir qurbanını zorla evində pilləkənlərin altındakı kiçik şkafda saxlayıb.

63c62ff94e3fe02790da19db.jpg (53 KB)

Vəzifəsindən uzaqlaşdırılan 47 yaşlı Karrik 2021-ci ilədək polis qüvvələrinin Parlament və Diplomatik Mühafizə Komandanlığı adlı xüsusi bölməsində xidmət edib.

2003-2020-ci illər arasında baş verən cinayətlərinin çoxu polis məmurunun yaşadığı Hertfordşir bölgəsində baş verib.

Onların etibarını qazanmaq üçün öz missiyasından istifadə etdi

Karrik Tinder və Badoo tanışlıq platformalarında tanış olduğu qurbanlarını manipulyasiya edib, onları pulsuz qoyub və dost çevrələrindən təcrid edib. O, birlikdə olduğu qadınların geyimindən tutmuş yedikləri və gecələdikləri yerə qədər hər şeyə nəzarət edib, hətta bəzi qadınların öz uşaqlarını görməsinə qadağa qoyub, qadınların əksəriyyəti fiziki zorakılığa da məruz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR