İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis tiktokerin saçını qırxıb? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

“Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, həmin şəxsin “TikTok”da polisi təhqir etdiyi iddia olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR