İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis Şəmkirdə yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə xəbəri araşdırır

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Şəmkir rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Musavat.com-a bildirib ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə artıq həm qızın həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR