İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Həşimovun bacısı İLK DƏFƏ açıqladı: "Son danışığımızda dedi ki..." - VİDEO

"Bu gün biz bura şəhidlərimizin anım mərasiminə yığışmışıq. Bu gün bir daha əmin oldum ki, şəhidlərimiz heç vaxt unudulmayacaq. Çünki bizim xalqımız vəfalıdır".

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. O bildirib ki, xalq xiyabana axışaraq şəhidlərə vəfa borcunu yerinə yetirir.

"27 sentyabr şəhidlərimizin sevdiklərinə sonuncu dəfə sarıldığı gün idi. İyul ayının 14-də Polad Həşimov şəhid olduqdan sonra millət ayağa qalxdı. 44 günlük müharibə ilə vətənin bütövlüyünə qovuşduq. Biz bu bütövlüyü xiyabanda yatan şəhidlərimizə və qazilərimizə borcluyuq.

27 sentyabr ağır və qürurlu bir gündür. Əzizinin soyuq daşına sarılmaq acı bir şeydir. Amma torpaqlarımız azaddır, bayraqlarımız dalğalanır. Azərbaycan yaşadıqca bizim şəhidlərimiz də yaşayacaq.

Hər kəs şahiddir ki, Polad şəhid olduqdan sonra bütün xalq onun necə qəhrəman olduğunu bildi. Mən qardaşımla qürur duyuram. Bu, ağır itkidir. Kaş ki, Polad bu gün sağ olardı və ordunun quruculuğunda iştirak edərdi.

Qardaşımla sonuncu dəfə iyulun 10-da danışdım. Elə bil ki, ölümünü hiss etmişdi. Bir az başqa duyğuda idi. Əvvəlki kimi şən deyildi. Daha sonra anamla danışdı. İyulun  11-i isə son əlaqəmiz oldu. Ağır itkidir. Heç bir bacıya qardaşının məzarını qucaqlamağı arzulamıram".

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR