Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan prezidentinin xarici siyasət məsələri üzrə köməkçisi Hikmət Hacıyev nüfuzlu "Newsweek" dərgisində məqalə çap etdirib.
Cənab Hacıyev məqaləsində Azərbaycanın "COP atəşkəsi"nə çağırdığını, ölkələrin iqlimlə bağlı çıxış yollarını götür-qoy etdiyi bir vaxtda münaqişələrdə fasilə istədiyini yazır.
H.Hacıyev Azərbaycandakı COP sammitində sülh və iqlimin bir-birinı qarışdığını, Bakının ev sahibliyi hüququnu məhz sülh yolunda irəliləməklə əldə etdiyini vurğulayır. Belə ki, İrəvan Azərbaycanın ev sahibliyinə vetosunu məhbus mübadiləsindən sonra qaldırıb.
H.Hacıyev ikitərəfli danışıqların əvvəlki üç ildə beynəlxalq vasitəçilərlə aparılandan daha faydalı olduğunu bildirir: "Sərhəd delimitasiya komissiyaları yaradılıb, sərhədin bir hissəsi demarkasiya olunub. De-fakto sülh reallığa çevrilib. Sülh əlçatandır".
Prezidentin köməkçisi daha sonra məqaləsində sülhə əngəl kimi Ermənistan konstitusiyasında Qarabağın Ermənistanla birləşdirilməsinə çağırışı, İrəvanın Paris tərəfindən intensiv silahlandırılmasını göstərir.
H.Hacıyev COP29 ərəfəsinə səslənən tənqidlərə toxunaraq tənqidlə yalan arasında fərq olduğunu vurğulayır: "Deyirlər ki, "Azərbaycan COP-u beynəlxalq reputasiyasını düzəltmək üçün keçirir" – faktiki isə bizim COP-la bağlı planımız, onu keçirməyə inamımız belə yox idi. Yaxud "Azərbaycan neft və qaz sənayesinə zərbə vuracaq iqlim sazişini qəbul etməyəcək" – gerçəkdə isə biz mədən yanacağından elektrik ixracatçısına keçid edirik", – prezidentin köməkçisi yazır.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://www.newsweek.com/azerbaijan-save-our-planet-it-time-cop29-truce-opinion-1970044
Yazıya dair hazırlanmış xəbərin başqa bir versiyası isə bu linkdədir: https://musavat.com/news/hikmet-haciyev-azerbaycan-butun-dunyani-cop-ateskesine-devet-edir_1110836.html
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ