İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK/YPG-nin killeri xüsusi əməliyyatla Türkiyəyə gətirildi

Terror təşkilatı PKK/YPG-nin killeri kimi tanınan “Rojda” ləqəbli Dilbirin Kaçar Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı əməliyyatı ilə Türkiyəyə gətirilib.

Musavat.com Anadolu-ya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2015-ci ildə Siirtdə terror təşkilatına qoşulan Kaçar 1 ilə yaxın Cudi və Qabar bölgələrində fəaliyyət göstərdikdən sonra 2016-cı ildə Suriyaya göndərilib.

İraqın Sincar rayonunda killer kimi təlim keçən Kaçar 2018-ci ilin yanvar ayında keçirilən “Zeytun budağı” və 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatları zamanı terror təşkilatı üçün müxtəlif aksiyalarda iştirak edib.

Türkiyənin mümkün əməliyyatına qarşı Aynularap bölgəsinə gücləndirici qüvvə kimi göndərilən komandanın qondarma komandirinin Kaçar olduğu müəyyənləşib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR