İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-nın mühüm fiquru - baş kuryeri öldürüldü

Türkiyənin təhlükəsizlik xidməti (MİT) İraqın şimalındakı Sincarda terror təşkilatı üzvlərinə silah və sursat verən PKK/KCK-nın baş kuryeri Yılmaz Bayramı zərərsizləşdirib.

Musavat.com xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terrorçu Yılmaz Bayram 2011-2016-cı illərdə Hakkaridə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı aksiyalarda iştirak edib.

İraqın şimalında Sincar və Soran, Suriyanın şimalında isə Haseke, Rumeylan və Qamışlıda terror aksiyalarına qatılan Bayram MİT tərəfindən hədəf siyahısına salınıb.

MİT İraqın şimalındakı Sincarda PKK-nin baş kuryer komandiri kimi fəaliyyət göstərən və terror təşkilatı üzvlərinə silah və sursat verən, "Agit Gever" kod adlı terrorçu Yılmaz Bayramı zərərsizləşdirib və onun daşımağa hazırlaşdığı silah və sursatları məhv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR