İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-dan qərar: “Türkiyədə seçki bitənədək...”

PKK terror təşkilatının liderlərindən biri Bese Hozat Türkiyədəki seçki prosesi və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin çox önəmli bir prosesə girdiyini deyən terrorçu qarşıdakı seçkinin heç bir seçkiyə bənzəmədiyini bildirib.

PKK-nın müxalifətin “Altılıq Masası” koalisiyasına dəstəyini yeniləyən Hozat Türkiyə hökuməti əleyhinə hədyan səsləndirməkdən da çəkinməyib: “Güclü mübarizə aparılarsa, mayın 14-də bu “faşist hökumət” məhv olacaq”.

Hozat PKK-nın seçkilərə qədər “hərbi əməliyyat”larını dayandırdığını da açıqlayıb:

“Seçkilər bitənə qədər hərbi əməliyyatlarımıza son qoymaq qərarına gəldik”.

Terrorçu PKK-nın siyasi qanadı HDP-nin “Masa”ya dəstəyini “dəyərli, vacib və anlamlı” adlandırıb: “Biz bu mövqeyi dəstəkləyirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR