İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-çılar İsveçdə Türkiyəyə qarşı təxribat törətdilər

"Şansından yararlan və istefa et, onda sən Taksim meydanında ayaqlarından asılmaqdan qurtulacaqsan!" Bunu Isveçdə fəalyyət göstərən "Rojakomitet" adli kurd təşkilatı öz Twitter hesabında paylaşıb.

"Yeni Müsavat"ın İsveçdə yaşayan sabiq əməkdaşı Rahib Kazımlının Feysbuk sosial şəbəkəsində yazdığı qeydlərə görə, PKK tərəfdarı olan kürd əsilli fəallar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kuklasini Stokholmun duz mərkəzinde, Nobel mukafati mərasiminin kecirildiyi şəhər şurası binasının qarsisinda asdiqdan sonra belə ediblər.

Isvecin baş naziri bunu ölkəsinin NATO uzvluyune qarşı sabotaj adlandırıb. Isvec parlamentinin sədrinin gələn həftə Ankaraya nəzərdə tutlan səfəri təxirə salınıb. Isvec səfiri Turkiye XIN-e cagirilib.

Qeyd edək ki, Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verməsi müqabilində rəsmi Stokholmdan PKK üzvləri olan və Türkiyəyə qarşı düşmənçilik hərəkətləri edən şəxslərin Ankaraya təhvil verilməsini tələb edir. İsvəç hakimiyyəti içində bu plana müqavimət göstərənlər var. PKK simpatizanları isə bu kimi addımlarla iki dövlətin arasındakı münasibəti gərginləşdirmək xətti götürüblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR