Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma tarixi: 02.11.2024 (20:11)
İran prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın infrastruktur layihələrinə sərmayə qoymasına ehtiyac olduğunu vurğulayıb.
Musavat.com xəbər verir ki, məlumatı Mehr agentliyi yayıb.
İran prezidenti ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətini nəzərdən keçirən yol nazirliyinin iqtisadi rəsmiləri ilə görüşdə qeyd edib ki, xarici investorlar İran limanlarına sərmayə yatıra bilərlər.
İclasda yol naziri Fərzaneh Sadiq İranın Rusiya tərəfi ilə davam edən danışıqlarına, nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq haqqında razılaşma və sənədlərin son vəziyyəti haqqında hesabat təqdim edib.
Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yollar nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub Dəmir yolu xəttinin başa çatdırılmasının zəruriliyini vurğulayıb: “Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ