Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.
“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.
Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV-i və sosial şəbəkələrində prezident buna görə tənqid edilib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ