İnsanlara hürriyət, millətlərə istiqlal!

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, son sutkada birinci və ikinci mərhələ üzrə vaksinasiya olunmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da olunmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 892 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 846 nəfər təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR