İnsanlara hürriyət, millətlərə istiqlal!

Peycerlər belə PARTLADILIB: Mütəxəssislər ŞOK DETALLARI AÇIQLADI

Livanın müxtəlif bölgələrində peycerlərin partladılması nəticəsində 2,8 mindən çox insan xəsarət alıb, 8 nəfər ölüb. 

Musavat.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi bildirib.

Mütəxəssislər partlayışın müxtəlif versiyalarını sadalayıblar.

1-ci ehtimal; Uzaqdan haker müdaxiləsi. Bu durumda batareyadakı qoruyucu lövhəsi söndürülür və o partlayır. 

2-ci ehtimal; Mossad Orta Şərq bazarına "bubi tələsi" qurulmuş (minalanmış) peycerlər buraxıb. 

3-cü ehtimal; İsrailli hakerlər Hizbullahın cihazlarda quraşdırdığı "özünü məhvetmə sistemi"ni sındırıblar. Bu, cihazın düşmən əlinə keçməsi durumunda işə salınır və cihaz partladılır. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR