İnsanlara hürriyət, millətlərə istiqlal!

Peycer partlayışları: 500 döyüşçü gözsüz qalıb

Livan və Suriyada peycerlərin partlaması nəticəsində 500 “Hizbullah” döyüşçüsü gözsüz qalıb. Yaralıların sayı 4000-i ötüb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin səsi hökumət nəşri məlumat yayıb.

Küveytin “Əl-Carida” nəşrinin məlumatına görə, peycerlərin partlaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın 3 mühafizəçisi yaralanıb. Eyni zamanda “Hizbullah”ın iki deputatının oğulları Həsən Fədlallah və Əli Amer həlak olub.

Livan mediasının məlumatına görə, İran səfirinin ailə üzvləri də yaralanıb.

“Nəticədə minlərlə insan ağır yaralanıb: kiminsə əli, kiminsə cinsi orqanı (peycerlərin şalvarın cibində olduğu üçün) qopdu”, - Al İman telekanalı bildirib.

Tasnim xəbər agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir ki, İranın Livandakı səfiri Müctəba Əmani mühafizəçilərindən birinə məxsus peycerin partlaması nəticəsində üzündən və əlindən yaralanıb. İranın Livandakı səfirliyi X sosial şəbəkəsindəki məlumatında Amaninin yüngül xəsarət aldığını, səfirin ümumi vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Peycerlərin partladılmasından sonra Livan Xarici İşlər Nazirliyi İsraili minlərlə vətəndaşın yaralanmasına səbəb olan kiberhücumda ittiham edib.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, peycerlərin partlaması nəticəsində 2,8 mindən çox insan yaralanıb, 8 nəfər ölüb.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR